12 avqust 2025 15:11
188

Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Daxili işlər naziri Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il avqust ayının 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi avqust ayının 29-a dəyişdirilib.