Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda tarix yazıblar.
“İki sahil” xəbər verir ki, bunu Trend-ə fransız senator Natali Qule deyib.
“Mən çox şadam ki, Prezident Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Paşinyan tarixi sazişə nail olublar. Fransada siyasətçilərin 99,99 faizi kor-koranə erməni lobbisinin arxasınca getməsəydi, Fransa bu sülh prosesində həlledici rol oynaya bilərdi”, – deyə o bildirib.
Qulenin sözlərinə görə, Parisin son dərəcə birtərəfli mövqeyi onun danışıqlar prosesindən kənarlaşdırılması ilə nəticələnib.
“Ümidvaram ki, Fransa tezliklə Azərbaycanla yaxşı münasibətləri bərpa edəcək. Mən həmişə tarixin doğru tərəfində olduğum üçün qürur duyuram”, – senator vurğulayıb.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır