01 avqust 2025 17:58
173

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də İsmayıllı şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

“İki sahil” xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri avqustun 18-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.