31 iyul 2025 08:21
148

Kanada sentyabrda Fələstinin müstəqilliyini tanıyacağını bəyan edib

Kanada BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 80-ci sessiyasında Fələstini bir dövlət kimi tanımaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu sözləri Kanadanın baş naziri Mark Karni deyib. O, bildirib ki, bunun üçün Fələstin 2026-cı ildə ümumi seçkilər keçirməli, bu seçkilərdə HƏMAS heç bir halda iştirak etməməli və Fələstin demilitarizasiya olunmalıdır.

"Kanada Fələstində güclü, demokratik idarəçilik və xalqın daha dinc və ümidli gələcəyi üçün səylərini artıracaq",-deyə Mark Karni əlavə edib.