SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində iştirakçılar üçün “yumşaq bacarıqlar”ın inkişaf etdirilməsi istiqamətində müxtəlif mövzularda interaktiv təlimlər təşkil edilir.
“İki sahil” xəbər verir ki, Proqram çərçivəsində peşəkar mütəxəssislər tərəfindən “Vaxtın idarə olunması”, “Emosional zəka”, “Konfliktlərin idarə olunması”, “Effektiv komanda işi”, “Dəyişikliklərin idarə edilməsi” və digər mövzularda interaktiv təlimlər keçirilib. Bu təlimlər proqram müddətində qazanılan texniki biliklərə əlavə olaraq, iştirakçıların davranış səriştəliklərinin, o cümlədən fərdi və peşəkar inkişafını hədəfləyir.
Təlimlər zamanı iştirakçılar müxtəlif növ simulyasiyalar, qrup fəaliyyəti vasitəsilə interaktiv öyrənmə mühitində yeni bacarıqlar əldə edir, təcrübələrini daha da zənginləşdirir, əməkdaşlıq, liderlik, qərarvermə bacarıqlarını inkişaf etdirmək şansı əldə edirlər.
Bütün bunlar iştirakçıların korporativ mədəniyyətə inteqrasiyasını sürətləndirməyə xidmət edir.