30 iyul 2025 17:57
186

ABŞ-nin müvəqqəti işlər vəkili Şəhidlər xiyabanında

ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi “X” hesabında paylaşım edib.

“ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib. O, münaqişələr nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verib”, - məlumatda deyilir.