Quba şəhəri, Molla Pənah Vaqif küçəsində minik avtomobillərinin toqquşması baş verib.
Belə ki, Hyundai və Jiquli markalı minik avtomobilləri yol kəsişməsində toqquşublar. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün