30 iyul 2025 17:20
189

"Adidas"ın səhmləri 7,2% ucuzlaşıb

"Adidas"ın səhmləri ikinci rüb və birinci yarımillik nəticələri açıqlandıqdan sonra 7,2% ucuzlaşıb. Şirkət, ABŞ-ın ticarət tariflərinin tətbiqi səbəbindən ilin ikinci yarısında təxminən 200 milyon avro itirəcəyi barədə xəbərdarlıq edəndə investorlar daha da pessimist idilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

"Adidas"ın rübdə xalis satışları 2,2% artaraq 5,95 milyard avroya çatıb. Eyni rübdə əməliyyat mənfəəti 58% artaraq 546 milyon avroya çatıb.

Xalis mənfəət də 77% artaraq 375 milyon avroya çatıb. Şirkət əldə edilən nəticələrdən qürur duyduğunu bildirib.