Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərindən test imtahanı keçirilib.
Mərkəzdən “İki sahil”ə bildirilib ki, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub.
İxtisas imtahanlarında uğur qazanan 1074 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 75, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 877, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 122 abituriyentin imtahanda iştirakı gözlənilirdi.
İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək