21 iyul 2025 10:48
115

Rusiya və Ukrayna cümə axşamı İstanbulda danışıqlar aparacaq - "Independent"

Rusiya və Ukrayna nümayəndə heyətləri iyulun 23-də və ya 24-də İstanbulda görüşməyi planlaşdırır. Nümayəndə heyətlərinin konkret yeri, vaxtı və tərkibi hələlik məlum deyil. Görüşün mətbuata qapalı keçirilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.

Bildirilir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda üçüncü görüş keçirəcək. Ukrayna hakimiyyəti görüşün bu həftə keçirilməsini təklif edib.

Mayın 16-da və iyunun 2-də baş tutan danışıqların ilk iki raundundan sonra nümayəndə heyətləri hərbi əsirlərin mübadiləsi barədə razılığa gəlib, həmçinin atəşkəs şərtləri ilə bağlı bir-birlərinə memorandumlar təqdim ediblər.