Kürdəmir rayonunda növbəti zəhərlənmə hadisəsi qeydə alınıb.
Hadisə rayon ərazisində yerləşən “Naftalan” istirahət mərkəzində qeydə alınıb.
Belə ki, rayonun Çərtəyəz kənd sakinləri istirahət mərkəzində qida qəbul etdikdən sonra evə yollanıblar.
Bu zaman evdə halı pisləşən biri uşaq olmaqla 5 nəfər dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırıb. Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.
“Report”