Vyetnamın şimalındakı Halonq körfəzində turist gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18-ə çatıb.
“İki sahil” “VnExpress” portalına istinadən xəbər verir ki, son məlumatlara görə, xilasedicilər 18 nəfərin cəsədini sudan çıxarıb, 12 nəfəri xilas etmək mümkün olub.
Bundan əvvəl VnExpress xəbər portalı göyərtəsində 53 nəfərin - 48 turist və 5 ekipaj üzvü olan səyahət gəmisinin Cənubi Çin dənizindəki Halonq körfəzində əlverişsiz hava şəraiti səbəbindən çevrildiyini bildirib.
BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz
Rusiya XİN: Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır