Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.
“İki sahil” nazirliyə istinadla xəbər verir ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Məmmədov Heydər Şaiq oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib.