Türkiyədə minik maşını ilə mikroavtobus toqquşub.
“İki sahil” DHA-ya istinadla xəbər verir ki, Kocaelinin Gebze rayonunda baş verən hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırıblar.
Jandarma qəza ilə bağlı araşdırmalara başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”