17 iyul 2025 18:59
127

Türkiyənin müdafiə naziri Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Türkiyənin milli müdafiə naziri Yaşar Güler iyulun 17-də Ankarada Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burxarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“İki sahil” Türkiyənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Tyerri Burxar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakın dəvəti ilə Ankaraya səfər edib.

Görüşlər həm məhdud, həm də geniş tərkibdə mətbuata qapalı formatda keçirilib.