17 iyul 2025 22:37
122

İsrail ordusu Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib

İsrail Müdafiə Qüvvələri Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib.

“İki sahil” “The Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə ordunun sözçüsü, briqada generalı Effi Defrin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 1000-ə yaxın druz Suriyaya doğru sərhədi keçib, onlarla suriyalı druz isə İsrail ərazisinə daxil olub.

“Minlərlə İsrail vətəndaşının sərhədə yaxınlaşıb onu keçməyə cəhd etməsinə hazır deyildik. Bu, bizə dərs oldu”, - o deyib.