14 iyul 2025 10:00
100

Suriyada yerli tayfalar arasında atışmalar nəticəsində 30-dan çox insan həlak olub

Suriyanın cənubunda yerləşən Əs-Süveydə əyalətində bədəvilər və druzlar arasında baş verən toqquşmalar nəticəsində azı 37 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, “The Syrian Observatory for Human Rights” (SOHR) monitorinq qrupunun məlumatına əsasən, ölənlərdən 27-si druz,10-u bədəvidir.

Qeyd olunub ki, etnik azlıqlar arasında toqquşmalar nəticəsində daha 100 nəfər yaralanıb.

Məlumata görə, druz və bədəvi liderləri silahlı toqquşmaların dayandırılmasına çağırırlar.