14 iyul 2025 09:40
103

Çinin xarici ticarəti 2,9 faiz çoxalıb

Çinin xarici ticarəti ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə milli valyuta ifadəsində 2,9 faiz artaraq 21,79 trilyon yuana (təxminən 3,05 trilyon ABŞ dolları) çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Şurasının İnformasiya Ofisində keçirilən mətbuat konfransında Çinin Baş Gömrük Administrasiyasının rəsmiləri məlumat veriblər.

Hesabat dövründə Çinin ixracı 7,2 faiz artıb, idxalı isə 2,7 faiz azalıb.

Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadi-ticari əlaqələrə təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişafı və onun xarici ticarət proqnozlarına əsaslanır.