Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Böyük Britaniyaya səfəri zamanı təyyarədən enərkən Fransa liderinin uzatdığı əli qəbul etməyərək onu yenidən açıq şəkildə alçaldıb.
“İki sahil” xəbər verir ki, prezident təyyarəsinin "Northolt" hərbi bazasına gəlişi kadrlarını “France 24” telekanalı yayıb.
Videoda Makron təyyarədən ilk enir. Onun ardınca həyat yoldaşı Bricit çıxır. Makron ona əlini uzadır, lakin birinci xanım onu qəbul etmir və məhəccərə söykənərək enir. Onu qarşılayan Şahzadə Uilyam və Şahzadə Keyt Midltona tərəf dönür.
Daha əvvəl Makron və həyat yoldaşının münasibətləri may ayının sonunda Vyetnama səfərləri zamanı KİV-in diqqətini cəlb etmişdi. Prezidentin təyyarədən çıxışını çəkən jurnalistlər həyat yoldaşının E.Makronun üzünə şillə vurduğu anı lentə almışdılar.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb