Ukraynanın Jitomir şəhəri yaxınlığındakı magistral yolda iki partlayış baş verib.
“İki sahil” “RBC-Ukraina”ya istinadla xəbər verir ki, bu barədə Jitomir vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.
"M-06 şossesinin Jitomir yaxınlığındakı Berezina qəsəbəsində iki partlayış baş verib. İki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını təsdiqləyə bilərik", - Buneçko qeyd edib.
O, partlayış nəticəsində fərdi yaşayış evlərinin də zərər çəkdiyini vurğulayıb. Zərərçəkənlərə yardım göstərilib. Magistral avtomobillərin minimal hərəkəti ilə təmin olunub.