30 iyun 2025 09:23
137

Antalyada meşə yanır

Antalyanın (Türkiyə) Qazipaşa rayonu, Beyobası Məhəlləsindəki meşəlik ərazidə yanğın baş verib.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, yanğının hansı səbəbdən çıxdığı məlum deyil.

Məlumata görə, külək nəticəsində yanğın sürətlə böyüyüb.

Antalya Meşə Region Müdirliyi qrupları yanğını söndürməyə cəlb edilib.

Qeyd edilib ki, yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğınla 3 helikopter, 8 su maşını, 3 su təchizatı maşını və çoxlu sayda yanğınsöndürən iştirak edir.

Alovun yaxınlaşdığı 1 evin təxliyə edildiyi, bəzi avokado və zeytun bağlarının yanğın nəticəsində zərər gördüyü bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”