28 iyun 2025 13:47
104

Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazırdır

Avropa İttifaqı (Aİ) Ruanda və Konqo Demokratik Respublikasına (KDR) iqtisadi və siyasi dəstək göstərməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib.

"Konqo və Ruanda arasında saziş onillik münaqişənin sona çatması istiqamətində mühüm addımdır. Bunu mümkün olmasında ABŞ-nin iştirakını alqışlayıram. Sazişin uğurlu olması üçün regional tərəfdaşların iştirakı vacibdir. Aİ həm siyasi, həm də iqtisadi dəstək göstərməyə hazırdır", - o bildirib.

Qeyd edək ki, 2025-ci il iyunun 27-də Vaşinqtonda ABŞ və Qətərin vasitəçiliyi ilə Ruanda və Konqonun xarici işlər nazirləri silahlı qruplara dəstəyin tam dayandırılmasını, tərk-silah prosesinin başlanmasını və iki ölkənin suverenliyi, ərazi bütövlüyü prinsiplərinin tanınmasını nəzərdə tutan sülh sazişi imzalayıblar.