28 iyun 2025 11:36
112

Ankaranın su imtahanı – Su anbarlar quruyur

İqlim dəyişikliyi və əhali artımı Türkiyənin paytaxtı Ankaranın su ehtiyatlarını sürətlə tükəndirir. Şəhərin bəndlərində aktiv doluluq nisbəti 15 faizə qədər azaldığı halda, paytaxtda hər 6 nəfərdən biri ümumi suyun 40 faizini sərf edir. Mövcud vəziyyətin davam edəcəyi təqdirdə ehtiyatların 6 ay ərzində tükənəcəyi qorxusu olsa da, 2029-cu ildən etibarən yeni su ehtiyatı tapılmadığı təqdirdə Ankaranı ciddi su böhranı gözləyir.

İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, Ankarada artan su istehlakı və bənd səviyyəsinin aşağı düşməsi diqqət çəkir. Ankara Su və Kanalizasiya İdarəsinin (ASKİ) məlumatlarına görə, Ankaranın illik içməli su istehlakı 325 milyon kubmetr, adambaşına düşən orta gündəlik su istehlakı isə 240 litr olaraq hesablanır. Ankaranın su ehtiyacı müxtəlif mənbələr, ilk növbədə bəndlər hesabına ödənilir. Şəhəri qidalandıran ən əhəmiyyətli bəndlər arasında Çamlıdere, Kurtboğazı, Kesikköprü, Çubuk-2, Eğrekkaya, Kavşakkaya, Akyar, Kargalı, Peçenek və Türkşerefli kimi 10-dan çox bənd var. Bu bəndlərin ümumi su tutumu bir milyard 585 milyon kubmetrdən çoxdur. Bununla belə, hazırda bəndlərdə ümumi doluluq nisbəti 25 faiz, aktiv doluluq nisbəti isə 15 faizdir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”