Qəbələnin Nic qəsəbəsində 4 ton çətənə kolu məhv edilib.
Bu barədə "İki sahil"ə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nic qəsəbəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Qeyd edilib ki, ümumi çəkisi 4 ton olan 8000 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Psixiatriya müəssisələrində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib
Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti kompleks şəkildə yoxlanılır
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib