Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” iyul ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,52 Mb/s, mobil internetin median sürəti isə 99,53 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,43 Mb/s (11,35 %), mobil internetin sürəti isə 24,96 Mb/s (33,47 %) artıb.
İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə isə iyulda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,65 Mb/s, mobil internetin median sürəti isə 121,54 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,28 Mb/s (11,13 %), mobil internetin sürəti isə 29,36 Mb/s (31,85 %) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlanıb
Psixiatriya müəssisələrində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib
Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti kompleks şəkildə yoxlanılır
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib