23 iyun 2025 16:18
97

Həbsxanaya sümüyün içində heroin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Penitensiar xidmətdən məlumat verilib.

Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.