16 iyun 2025 21:34
99

Tramp: ABŞ və Kanada ticarətə fərqli yanaşır

ABŞ və Kanada ikitərəfli ticarət məsələlərinə fərqli baxışlara malikdirlər, lakin bu sahədə razılaşmanın əldə olunması mümkündür.

İki sahil” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karni ilə Kananaskis şəhərində (Kanadanın Alberta vilayəti) keçirilən G7 sammiti çərçivəsində görüş zamanı jurnalistlərlə deyib.

“Əsas diqqətimiz ticarətə yönələcək. O cümlədən Kanada ilə ticarətə. Əminəm ki, bir razılığa gələ bilərik. Burada elə də ciddi problem yoxdur. Sadəcə, düşünürəm ki, bizim yanaşmalarımız fərqlidir. Mənim konsepsiyam [idxal] gömrük rüsumları ilə bağlıdır. Markın isə başqa bir konsepsiyası var. Hesab edirəm, Markın ideyası bir az daha mürəkkəbdir, amma yaxşı ideyadır. Hər ikisinə baxacağıq, görək bir nəticəyə gələ bilərikmi. Gəlin görək, bu gün əsas məsələyə nail ola biləcəyikmi”, – ABŞ prezidenti əlavə edib.

“Bəli, bu mümkündür”, – Tramp Vaşinqtonla Ottava arasında ticarət razılaşmasının əldə olunub-olunmayacağına dair suala cavabında bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”