16 iyun 2025 19:30
85

Peruda zəlzələ baş verib

Peruda baş verən zəlzələdə 36 nəfər xəsarət alıb, bir nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə iyunun 16-da Perunun Fövqəladə Hallar üzrə Milli Mərkəzi "X" sosial şəbəkəsində məlumat yayıb. CNN telekanalının məlumatına görə, 6,1 maqnitudalı yeraltı təkanlar iyunun 15-də Lima yaxınlığındakı Kalyao limanından 30 km aralıda qeydə alınıb. Milli Seysmoloji Mərkəzi bildirib ki, yeraltı təkanların episentri paytaxt yaxınlığında olub.

Bundan başqa, zəlzələ şəhərdə torpaq sürüşmələrinə də səbəb olub.