14 iyun 2025 08:44
164

Tokayev ABŞ prezidentinə təbrik teleqramı göndərib

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampı qlobal təhlükəsizliyin və sabitliyin qorunmasında fəal və praqmatik fəaliyyətini yüksək qiymətləndirir.

İki sahil” Zakon.kz-a istinadla xəbər verir ki, Tokayev bunu Amerika liderinə göndərdiyi təbrik məktubunda qeyd edib.

O, Qazaxıstanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş mövqeyinə görə ABŞ Prezidentinə minnətdarlığını bildirib.

Tokayev, həmçinin Qazaxıstanın ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu təsdiqləyib..

Məhərrəm Ağalaroğlu, “İki sahil”