10 iyun 2025 15:29
139

Daily Mail: Şimali İrlandiyada iğtişaşlar başlayıb

Azyaşlı qızın zorlanması xəbərindən sonra Şimali İrlandiyanın Ballimena əyalətinin Harrivill bölgəsində miqrantlara qarşı iğtişaşlar başlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Daily Mail məlumat yayıb.

Qeyd edilir ki, şənbə günü, iyunun 7-də Ballymena şəhərində 14 yaşlı iki yeniyetmə qıza təcavüz etdiyi iddia edilir.

Yeniyetmələr saxlanılıb və iyunun 10-da onlara qarşı ittiham irəli sürülüb, onlar bunu inkar edirlər. 14 yaşlı uşaqlar rumıniyalı tərcüməçinin köməyi ilə hakimin suallarını cavablandırıblar.

Nəşr xəbər verir ki, iddia edilən cinayət yerinin yaxınlığında 3000-ə yaxın insanın iştirak etdiyi nümayiş keçirilib.

Nümayiş yerli polislə toqquşmaya çevrilib: etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atmağa başlayıblar.