09 iyun 2025 21:00
424

Estoniya prezidenti Ukraynaya nə vaxt qoşun göndərəcəyini açıqladı

Estoniya atəşkəsdən sonra öz silahlı qüvvələrini Ukraynaya göndərə bilər.

“İki sahil” xəbər verir ki, bunu Baltikyanı dövlətin Prezidenti Alar Karis LRT telekanalına müsahibəsində deyib.

"Hesab edirəm ki, Ukraynaya qoşun yeritmək məsələsini müzakirə etməzdən əvvəl ən azı atəşkəs və sülh əldə olunmalıdır. Söhbət Rusiya ilə döyüşməkdən yox, sülhün qorunmasından gedir", - siyasətçi bildirib.