08 iyun 2025 16:30
90

Türkiyədə boya fabriki yanır

Kocaelinin (Türkiyə) Başiskele rayonunda boya fabrikində yanğın baş verib.

İki sahil” xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Məlumata görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.

Hadisə yerinə qrupların müdaxiləsi davam edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”