08 iyun 2025 15:51
89

Ərdoğan ilə Şahbaz Şəriflə qlobal məsələləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb.

İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Müdirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə ilə Pakistan arasındakı qədim dostluğun və möhkəm həmrəyliyin atılan addımlarla daha da gücləndiyini bildirib.

Ərdoğan görüş zamanı Pakistanın baş naziri Şərifi Qurban bayramı münasibətilə təbrik edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”