08 iyun 2025 14:25
96

Donetskə kütləvi atəş nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb

Ukraynada Donetsk vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşi nəticəsində son sutka ərzində dörd mülki şəxs ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

“Dörd ölü və doqquz yaralı dinc sakin: Donetsk polisi Rusiyanın atəşlərinin nəticələrini qeydə alıb. Bir sutka ərzində Rusiya cəbhə xətti və yaşayış massivinə 3 449 zərbə endirib", - məlumatda deyilir.

Qeyd olunub ki, 72 mülki obyekt, o cümlədən 38 yaşayış evi dağıntıya məruz qalıb, avtomobillər, təhsil müəssisələri və mağazalar zərər görüb.

Bundan başqa, 8 iyun gecə yarısından sonra Rusiya Kramatorsk, Lıman, Vısokopillya, Krınıtsya, Stepanivka, Şevçenko yaşayış məntəqələrinə 15 atəş həyata keçirib. Kramatorsda bir nəfərin yaralandığı bildirilir.