Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən bu ölkədə istehsal olunan “Papa mojet” əmtəə nişanlı 23.04.2025-ci il istehsal tarixli sosiska məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb.
AQTA-dan “İki sahil”ə bildirilib ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb və bu əmtəə nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.
Qeyd olunub ki, agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir.
Xətai rayonunda evlərin altında qalan magistral su xətti əvəzlənərək yeri dəyişdirildi - FOTO/VİDEO
Naxçıvanda ümumi gücü 50 MVt olan günəş elektrik stansiyaları layihələri üzrə müqavilələr imzalanıb