Türkiyənin Konya vilayətinin Ereğli rayonu ərazisində baş verən avtobus qəzasında bir nəfər həyatını itirib, 10-u ağır olmaqla 26 nəfər xəsarət alıb.
“İki sahil” bu barədə Türkiyə KİV-ə istinadən məlumat verib.
Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerində polisin araşdırma apardığı qeyd olunur.