06 iyun 2025 22:33
127

Zelenski G7 sammiti çərçivəsində Trampla görüşməyi planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski "Yeddilik Qrupu” (G7) sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır.

“İki sahil” "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

Qeyd olunub ki, Yermakın Vaşinqtona səfəri zamanı Ukrayna nümayəndə heyəti mümkün görüşü üzərində işləyib.

“Bizim səfərimiz, xüsusən Zelenski ilə Trampın Kanadada keçiriləcək G7 sammiti çərçivəsində görüşünə hazırlıq idi”, – o bildirib.

G7 sammiti 2025-ci il iyunun 15-17-də Kanadanın Alberta vilayətində keçiriləcək.