04 iyun 2025 18:41
150

İyunun 7-də başlamağa hazırıq - Medinski

Rusiya Ukrayna ilə əsir mübadiləsinə iyunun 7-9-da başlamağa hazırdır, son rəqəmlər razılaşdırılır.

“İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiyanın sülh danışıqlarında nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

"İndi son rəqəmlər razılaşdırılır. Biz hər bir tərəfdən 1 200 nəfərin dəyişdiriləcəyini və bunun yenidən ən böyük hərbi əsir mübadiləsi olacağını təxmin edirik. 7, 8, 9 iyunda başlamağa hazırıq. Biz öz tərəfimizdən buna tam hazırıq", - o, Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.

Medinski xatırladıb ki, İstanbulda Rusiya və Ukrayna hər bir tərəfdən ilk növbədə, yaralılar, ağır xəstələr və 25 yaşdan aşağı hərbi əsir kateqoriyaları üzrə azı min nəfərin mübadiləsi barədə razılığa gəliblər.