BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Paris sazişinin imzalanmasından sonra ən əhəmiyyətli mərhələ olub.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə dövlət katibinin müavini Mark Alfeldi-Boruss Bakıda keçirilən 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı bildirib.
"Biz COP29-u Paris sazişindən sonra dönüş nöqtəsi hesab edirik. İndi aydın şəkildə müəyyən edilmiş məqsədlər və maliyyə mənbələri var. Onlara nail olmaq üçün necə irəliləyəcəyimizi anlayırıq. İqlim maliyyələşdirilməsinə həsr olunmuş 6-cı Maddə, dünya üzrə "yaşıl layihə"lərin həyata keçirilməsi və maliyyələşdirilməsi üçün vacib və təsirli bir alətdir", - o qeyd edib.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur