01 iyun 2025 21:21
306

Naxçıvanlı məktəbli Türkiyədə könülləri fəth edib

Naxçıvan şəhər 14 nömrəli orta məktəbin 7 “c” sinif şagirdi Sevgi Abdullazadenin İstanbulda keçirilən "Gastro Lezzet Sokağı"adlı sərgisində əl işləri sərgilənib.

İki sahil”in məlumatına görə, sərgi milli-mədəni dəyərlərimizin təbliğinə xidmət edib.

Dünyanın hər yerindən gələn nümayəndələrin marağına səbəb olan sərgidə 200-ə yaxın eksponant nümayiş etdirilib. 4 gün ərzində davam edən sərgidə Sevgi Abdullazadənin əsərləri diqqət mərkəzində olub. Sərgidə 10-a yaxın xalça, dekorativ sənət nümunələri, keçə sənəti, milli ornamentləri əks etdirən sənət nümunələri, Türkiyə-Azerbaycan dostluğuna aid olan mozaika sənəti yüksək maraqla qarşılanıb.

İştirak etdiyi sərgidə müxtəlif nominasiyalar üzrə 4 qızıl medal, 3 müxtəlif dövlətdən sertifikat ve təșkil olunmuş sərginin Baş direktorundan 2 təşəkkürnamə alıb.

Bu sərgidə Sevgi Abdullazadənin əsərlərini bəyənən 4 müxtəlif ölkə nümayəndəsi məktəbli qızı ölkələrində təşkil olunacaq sərgilərə dəvət edib. Bu çərçivədə TAŞPAKON,WICS və Milli Mətbəx Hərəkatının Bașqanı Öner Çuflazin təqdir və tövsiyəsi ilə Sevgi Abdullazadə adı çəkilen 3 qurumun ortaq qərarı ilə Fəxri Prezident olaraq təyin olunub.

Naxçıvanda yaşayan vətənpərvər ruhlu bu çalışqan məktəbliyə uğurlarının davamını arzulayırıq.