30 may 2025 13:17
351

Anar Quliyev: Azərbaycan mənzil tikintisi və yenilənməsi üzrə kompleks təşəbbüslər həyata keçirir

Azərbaycan mənzil tikintisi və yenilənməsi ilə bağlı kompleks təşəbbüslər həyata keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Hər kəs üçün layiqli mənzil”lə bağlı yüksək səviyyəli dialoqda biz Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UNHabitat) 2026-2029-cu illər üzrə Strateji Planına dəstəyimizi təsdiqlədik. Qeyd etdik ki, mənzil siyasəti Azərbaycanın milli inkişaf gündəliyində əsas prioritetdir.

Dünya Şəhər Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan ev sahibi kimi təhlükəsiz və davamlı şəhərlərin qurulması, hər kəs üçün mənzil təminatı sahəsində strateji addımların təşviqi məqsədilə üzv dövlətlərin və tərəfdaşların səylərini birləşdirəcək", - deyə o qeyd edib.