“Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şəhid ailələri üçün işğaldan azad edilmiş ərazilərə səfər təşkil olunub.
“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, iki günlük səfər zamanı şəhid ailələri Ağdam, Füzuli, Şuşa və Xankəndidə olub, Ağdam Cümə məscidi, Aşağı Gövhər ağa məscidi, Cıdır düzü, Vaqif məqbərəsi, İsa bulağı, digər tarixi-mədəniyyət və memarlıq abidələrini ziyarət ediblər.
Şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Şanlı Ordumuzun şücaəti nəticəsində işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işləri ilə tanış olublar. Qeyd edilib ki, azad olunan ərazilərdə vandalizmə məruz qalmış tarixi-mədəni və dini abidələr bərpa olunur, infrastruktur qurulur, yaşayış məntəqələri salınır, yeni müəssisələr və iş yerləri açılır, əzəli sakinlər doğma yurdlarına qayıdırlar.
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib