İllər sonra doğma yurda dönmək həm də mənəvi qələbəmizdir. Hər addımda tariximizi, kimliyimizi hiss edirik. Qürurverici bir andır. Bu günə görə Ali Baş Komandana və qəhrəman Ordumuza təşəkkür edirəm.
“İki sahil” xəbər verir ki, bu fikirləri Laçın rayonunun Bəylik kəndinə köçən keçmiş məcburi köçkün Qəndab Abışova söyləyib.
O bildirib ki, illərlə qəlbində daşıdığı torpaq həsrəti artıq bitib: “İndi məqsədimiz bu yurdu daha da gözəlləşdirməkdir. Gələcək nəsillər orada böyüyəcək, təhsil alacaqlar. Artıq o günləri görmək istəyirəm”.
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib