“Oxuyur Vətən” layihəsi çərçivəsində azad olunmuş ərazilərimizdən daha birində Xocavəndin Tuğ kəndində Fikrət Əmirovun “Şur” baletindən duet təqdim olunub.
Xoreoqrafiyası Qəmər Almaszadə və Samir Səmədova məxsus rəqs nömrəsini Nigar Əliyeva və əməkdar artist Samir Səmədov ifa edibdir.
“İki sahil” xəbər verir ki, AzTV-də təqdim olunan bu kompozisiya Qarabağda mədəni həyatın bərpası və milli sənətin təbliğini özündə əks etdirir.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək