Neftçala sakini evində yanaraq ölüb.
“İki sahil” xəbər verir ki, hadisə Neftçala rayonunun Xolqarabucaq kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib. Yanğın FHN tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib