Lənkəran rayonunda marketdə partlayış olub.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Şovu kəndində baş verib. Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb, bu zaman partlayış olub. Nəticədə M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Marketə ciddi ziyan dəyib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib