27 may 2025 12:49
315

Azərbaycan və Pakistan sənaye və enerji sahələrində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Pakistan investisiya, sənaye, enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparıb.

Bu barədə "İki sahil"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, nazir Mikayıl Cabbarov Pakistanın Baş nazirinin xüsusi köməkçisi, dövlət naziri Tariq Bacva ilə görüşüb.

Görüşdə iki dost ölkə arasında əlaqələrin qarşılıqlı etimad şəraitində möhkəmləndiyi, müxtəlif sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi münasibətlərin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrdə müsbət dinamika, preferensial ticarət sazişinin biznes tərəfdaşlığının güclənməsində rolu, investisiya, sənaye və enerji sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.