Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Azərikimya” İB məlumat yayıb.
Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.