2024-cü ildə Nəqliyyat vasitələrinin utilizasiyası fonduna qanunvericiliyə uyğun olaraq utilizasiya haqqı və sair gəlirlər hesabına 52,1 milyon manat daxil olub.
“İki sahil” "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir ki, bu məbləğdə vəsait hesabat ilində istifadə olunmadığı üçün Fondun qalığı gəlirləri səviyyəsində olub.