Bu il yanvarın 1-nə Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı ötən il yanvarın 1-i ilə müqayisədə 89,3 % çox - 1 milyard 837,8 milyon manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.